İnsanlara hürriyət, millətlərə istiqlal!

Məkkədən dəhşət saçan görüntülər - VİDEO

Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü leysan və fırtına nəticəsində küçələr gölə çevrilib, avtomobillər su axınında sürüklənib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən hündür 10 göydələnindən biri olan Əbrəc əl-Beyt Kral Saat Qülləsinə çoxlu sayda ildırım düşüb.

Bununla bağlı görüntülər internetdə yayılıb.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi yağan leysan və daşqın səbəbilə əhaliyə və turistlərə xəbərdarlıq edib. İnsan tələfatı olmasa da, maddi ziyanın çox olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR