Onlayn ictimai-siyasi qəzet
Qərb Rusiyaya qarşı hibrid müharibəsini davam etdirir.
Musavat.com teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"NATO-nun fəaliyyəti kəskin şəkildə artdı. Rusiya Federasiyasının sərhədlərinə ABŞ-dan əhəmiyyətli qüvvələr yerləşdirildi. Qərb NATO-nu Şərqə genişləndirməyəcəyinə söz verdi. Lakin onlar həyasızcasına, hər addımda yalan danışırlar. Rusiya Federasiyası xüsusi əməliyyatın məqsədlərindən əl çəkmək niyyətində deyil. Rusiya qoşunlarının xüsusi əməliyyat zonasında təşəbbüsü var".
Rusiyalı lider bildirib ki, Ukrayna ağır itkilər verir və ehtiyatlarını böyük ölçüdə Qərbə əks-hücumun nəticələrini göstərməyə sərf edib: "Qərbin Rusiya Federasiyasına strateji məğlubiyyətə uğratmaq üçün bütün cəhdləri iflasa uğradı. Xüsusi əməliyyat Qərb hərbi texnikasının toxunulmazlığı mifini məhv etdi".
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ