Onlayn ictimai-siyasi qəzet
Məşhur moda tarixçisi, kolleksioner Aleksandr Vasilyev "Fruktovıy çay s Sausan" yutub layihəsinin qonağı olub.
Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, Vasilyev Birinci vitse-prezident Mehriban Əliyevadan danışıb.
O bildirib ki, Birinci xanım öz geyimlərindən onun kolleksiyasına hədiyyə edib:
"Yaxın şərqin ən dəbli xanımıdır. Dünyada olan idarəçi xanımlar arasında ən gözəli, dəblisidir. Özünə baxır. Sağlam həyat tərzi keçirir, gözəl saçları və dərisi var. Bunları bir moda mütəxəssisi kimi deyirəm. Ağ rəngin üstünlük təşkil etdiyi çox eleqant geyimləri var. İlk moda nümayişimdə qızı Leyla Əliyeva ilə tanış oldum. Növbəti sərgimdə - 2017-ci ildə isə Mehriban Əliyeva özü gəldi. Gözəldir ki, sizin belə Birinci xanımınız var: təkcə işdə deyil, həm də moda sahəsində olan investrları ölkəyə cəlb edir. Burada dəbli publika yaradılır. Mənim kolleksiyama 3 paltar və ayaqqabısını bağışladı: ağ, qara və qırmızı. Onlardan birini Heydər Əliyev Mərkəzində keçirəcəyim sərgimdə nümayiş etdirəcəyəm. Hazırda sərgi üzərində çalışıram. Mehriban Əliyevanın digər iki geyimi isə Riqa Moda Muzeyində nümayiş etdirdim. Bu, sərgim üçün böyük uğur idi. Məşhur italyan dizaynerinə məxsus ağ, mirvari ilə bəzədilən paltar idi. Çox xoşbəxt idim. Mehriban xanım həmçinin mənə Azərbaycan xalçası bağışladı. Baltik dənizi sahilində gözəl evim var, xalça ilə oranı bəzədim".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ