Onlayn ictimai-siyasi qəzet
Sabunçu Rayon Məhkəməsində zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə iki şillə vurub. Buna görə məsuliyyətə cəlb edilib.
Musavat.com xəbər verir ki, Mail Qurbanov tanışı Ramiz adlı şəxs tərəfindən aldadılıb.
Belə ki, Mail Qurbanov dövlət layihələrindən birinin icrası zamanı torpaq sahəsi plana düşüb. Lakin istədiyi kompensasiyanı ala bilməyib. Ramiz tanıdığı vəzifəli şəxslər vasitəsi ilə bu işi həll edə biləcəyini deyərək ondan 13 min manat alıb. Amma heç bir iş görməyib.
Mail Qurbanovun şikayəti əsasında Ramiz dələduzluq maddəsi ilə cinayət məsuliyətinə cəlb edilib. İş üzrə məhkəmə araşdırması Sabunçu Rayon Məhkəməsində davam edən zaman prosesdə tərəflər arasında mübahisə yaranıb.
Tərəflər bir-birinə “şərəfsiz” deyərək mübahisə ediblər. Bu zaman Mail Qurbanov Ramizin boyun hissəsinə iki şillə vurub.
Hakim bunu məhkəməyə hörmətsizlik kimi qiymətləndirib və Mail Qurbanovun bu hərəkətinə hüquqi qiymət veriləcəyini bildirib.
Mail Qurbanovun bu davranışı məhkəməyə hörmətsizlik kimi dəyərləndirilib və məsuliyyətə cəlb edilib.
Məhkəmə onun barəsində 350 saat ictimai işlər cəzası təyin edib.
İ.Muradov
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ