Onlayn ictimai-siyasi qəzet
Boliviya məhkəməsi ölkədə dövlət çevrilişi təşkil etməyi planlaşdıran üsyançı generallar barədə yarım il müddətinə həbs qərarı çıxarıb.
Bu barədə "Bolivia TV" məhkəmənin qərarına istinadən məlumat yayıb.
"Terrorizmdə və dövlətin təhlükəsizliyinə və suverenliyinə silahlı cəhddə şübhəli bilinən Xuan Xose Suniqa, Xuan Arnes və Edison İraoleya Çonçokoro həbsxanasında altı aylıq profilaktik həbs təyin edilib", - efirdə bildirilib.
Daha əvvəl Boliviya Prezidenti Luis Arse keçmiş hərbçilərin və təqaüddə olan mülki şəxslərin çevriliş təşkil etməyə çalışdıqlarını söyləyib.
Xatırladaq ki, iyunun 26-da Boliviyada dövlət çevrilişi cəhdi baş verib. Üsyançı general Xuan Xose Suniqa ordu komandiri vəzifəsindən azad edilməsinə razı olmayıb, "demokratiyanı bərpa etmək" və siyasi məhbusları azad etmək tələbini irəli sürüb./report
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ