Onlayn ictimai-siyasi qəzet
Xəbər veriyimiz kimi, İranda növbədənkənar prezident seçkiləri kampaniyası mayın 30-dən başlayıb.
Musavat.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, İranın Kritik Vəziyyətlərin İdarə Edilməsi üzrə Dövlət Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami qarşıdan gələn prezident seçkilərində namizəd olacaq.
Qeyd edək ki, Məhəmməd Həsən Nami İranda 10-cu hökumətin (Mahmud Əhmədinejad) rabitə naziri olub.
İran qanunlarına əsasən, seçki kampaniyasının birinci mərhələsində iddiaçılar sənədlərini Seçki Qərargahına təqdim edir. Daxili İşlər Nazirliyi və Nəzarət Şurası prezidentliyə namizədlərin sənədlərini araşdırdıqdan sonra onların təbliğat kampaniyası başlayır. Birinci mərhələ mayın 30-dan iyunun 2-dək davam edəcək. İyunun 12-dən 27-dək təbliğat kampaniyası aparılacaq. İyunun 28-də isə seçki günüdür.
Qeyd edək ki, mayın 19-da İran ərazisində helikopterin qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi və onun müşayiət edən şəxslər həlak olub. İslam Respublikası Konstitusiyasının 131-ci və 132-ci maddələrinə uyğun olaraq belə hallarda prezident seçkisi 50 gün ərzində keçirilməlidir. İyunun 28-də də 50 gün tamam olur.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ