İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək

Yanvarın 30-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri, ilk dövlət başçısı, ictimai-siyasi xadim, jurnalist, publisist, yazıçı və alim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək.

Musavat.com xəbər verir ki, konfrans "Rəsulzadə Ev Muzeyi" İctimai Qrupu, Milli Azərbaycan Tarixi Muzeyi, "Xəzər" Universiteti, Varşava Universiteti, Ankara Universiteti və “VMF Holding”in təşkilatçılığı ilə baş tutacaq.

“II Beynəlxalq Rəsulzadə qiraətləri” adlı konfransda tanınmış dövlət rəsmiləri, tarixçi alimlər, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, ziyalılar iştirak edəcəklər. Konfransda həmçinin Türkiyə, Almaniya, Rusiya, İsveç, İran və Fransadan qonaqların iştirakı gözlənilir.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Bu münasibətlə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

bd5a93b0-0f12-42c7-bce8-6cc2f9b1f70d.jpeg (232 KB)

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR