İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhəbbət Kazımovun ifası Laçının mərkəzində səsləndi - VİDEO


Ötən gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.

Musavat.com xəbər verir ki, artıq sosial şəbəkələrdə Laçın şəhərindən yeni görüntülər paylaşılıb. Videolardan birində mərhum Əməkdar artist Məhəbbət Kazımovun məşhur "Laçınım" mahnısı səsləndirilib.

Xatırladaq ki, sənətçinin "Laçınım" ifası 1998-ci ildə yazılıb. Sözləri Osman Alovluya, musiqisi isə mərhum müğənni Məhəbbət Kazımova aiddir.

Məhəbbət Kazımovun hər zaman ən böyük arzusu doğulub boya-başa çatdığı Laçına qayıtmaq və bu mahnını orada ifa etmək olub. Lakin sənətçinin bunu həyata keçirə bilmədi. O, 2014-cü il yanvarın 27-də vəfat etdi.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR