İnsanlara hürriyət, millətlərə istiqlal!

Meğridə narkotika əməliyyatı

İran-Ermənistan sərhədində, Meğridə narkotik qaçaqmalçılığına görə iki nəfər saxlanılıb.

Musavat.com bu barədə erməni mediasına iatinadən bildirir. Məlumata görə, əməliyyatçılar onların üzərindən 12 kq qadağan olunmuş maddə aşkar ediblər.

Narkotik alverçiləri oktyabrın 4-də səhər saatlarında İranla sərhəd yaxınlığında aşkarlanıblar. Polisi görən hücumçular maşından üç çanta atıblar, lakin yaxalanıblar. Baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 9 kq-dan artıq marixuana, 1 kq-dan artıq metamfetamin, həmçinin az miqdarda tiryək və heroin aşkar edilərək götürülüb. Faktla bağlı iş açılıb.

Qeyd edək ki, Mehri boğazı həm də narkotika tranziti məqsədilə iatifadə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR