İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevdən Zelenskiyə söyüşlər: “Ruslar bu əclafa nifrət edir”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukrayna mövzusunda yeni yazı dərc edib. Musavat.com xəbər verir ki, o, son nəşrini həmişəki kimi Telegram-da yerləşdirmə əvəzinə, Rusiya sosial şəbəkəsindəki səhifəsində etmək qərarına gəlib.

Medvvedyev yeni qeydlərində Ukrayna prezindenti Vladimir Zelenskinin ünvanına ağır sözlər işlədərək, onu “səlahiyyətsiz məxluq”, “yaşıl heyvan” və “alçaq”, habelə “Bandera Ukraynasının qeyri-qanuni lideri” adlandırıb.

"Yaşıl məxluq deyir ki, "bütün rus xalqına nifrət edir. Aydındır. "Bütün rus xalqı" da bu əclafa nifrət edir”. - Medvedyev yazıb

Medvedyevin sözlərinə görə, ruslar Zelenskidən, o vəzifəsindən getdikdən sonra belə qisas almalıdırlar.

Medvedyev rusların Zelenskidən intiqamı dəqiq necə almalı olduğunu açıqlamayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR