İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev Ukrayna ordusunun yeni baş komandanına qarğış etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukrayna ordusunun yeni baş komandanı Aleksandr Sırski haqqında danışıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, siyasətçinin sözlərinə görə, o, nəhəng ölkənin (SSRİ-ni nəzərdə tutur) dağılmasında rolu olan hər kəsə, ayrıca Rusiya və Ukraynanı “yeni vətəndaş müharibəsinə” sövq edən Qərb ölkələrinə nifrəti edir.

“Sovet-rus zabiti olan, lakin andını pozaraq faşistlərə xidmət edən, yaxınlarını məhv edən Bandera xaini olan bir insana nifrət edirəm”, - Medvedyev Sırskinin təyinatına münasibətini bildirib.

“Qoy onun ayaqları altında torpaq yansın!” - deyə siyasətçi yekunlaşdırdı.

1-2 il əvvəl Ukraynadan danışarkən təhqiramiz ifadələr işlədən, söyüş yazan eks-prezidentin hazırda qarğışa keçməsi diqqəti cəlb edir.

Rusiya mediası isə Sırskini “Qəssab”, “General-200” (cəsəd yüklərinin nömrəsi) adlandıraraq, özlərini elə göstərirlər ki, sanki Sırskinin komandanlığı altında olan qüvvələrin çox itki verməsindən təəssüflənir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR