Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Moldovanın II dünya müharibəsindən sonra ölkədəki aclığı soyqırım elan etməsi ideyasına cavab verib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, o, VKontakte səhifəsində müvafiq yazı dərc edib.
“Nə qədər təkəbbürlü, ikiüzlü axmaq olmalısan ki, tarixi və sağlam düşüncəni ələ salasan! Müharibə bitəndən sonra SSRİ-nin iqtisadiyyatının vəziyyətini az-çox savadlı hər kəs bilir”, - Medvedyev yazıb.
Siyasətçi Moldova hökumətini ölkəni yeni bir müharibəyə salmamaq tarixlə “oynamaq”dan çəkinməyə çağırıb. O, Moldovanın Ukraynanın yerində olmaq istəməsi ilə bağlı da eyham edib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ