Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ prezidenti Cozef Baydenin yeni prezidentlik müddətinə yenidən seçilməkdən imtina etməsini şərh edib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, o, amerikalı siyasətçiyə cansağlığı arzulayıb və bundan sonra Rusiyanın Ukrayna müharibəsində məqsədlərinə nail olacağına əminliyini bildirib.
“Bayden bitdi. Ona can sağlığı arzu edirik. Xüsusi əməliyyat öz məqsədlərinə nail olacaq”, - Medvedev Telegram kanalında yazıb.
Qeyd edək ki, Rusiya siyasətçiləri və generaliteti Ukrayna müharibəsində qalib gəlməyin yeganə yolunu ABŞ-nin Kiyevə dəstək verməməsində görür və hesab edirlər ki, hakimiyyətdə Donald Tramp və ya Rusiyaya loyallıq göstərən başqa birisi olsa, o zaman Kreml öz məqsədinə çata bilər.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ