Onlayn ictimai-siyasi qəzet
“Ukrayna hakimiyyəti hələ də Rusiya prezidenti Vladimir Putinin sülh yolu ilə nizamlanma təkliflərini qəbul edə bilər, əks halda rus qoşunlarının hücumu davam edəcək və vəziyyət Kiyevin xeyrinə dəyişməyəcək”.
Musavat.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.
D.Medvedev deyib ki, Rusiya Federasiyası tərəfindən veriləcək hər bir növbəti təklif Ukraynanın indiki hakimiyyət orqanları üçündür:
“Biz onlarla necə rəftar etsək də, əvvəlkindən daha pis olacaq. Buna görə də indi onların Vladimir Putin tərəfindən irəli sürülən bu təklifi qəbul etmək və münaqişənin bu hissəsinə son qoymaqla sülhü bərqərar etməyə çalışmaq imkanı var. Əks halda, Rusiyanın hücum hərəkətləri davam edəcək”.
Medvedev əlavə edib ki, prezidentin haqqında danışdığı sanitar kəmərin sərhəddinin harada bitəcəyini söyləmək çətindir.
“Çox güman ki, bütün bunlar Ukrayna hakimiyyətinin xeyrinə olmayacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Vladimir Putin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüş keçirib. O, Ukrayna üçün növbəti sülh təklifi ilə çıxış edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ