İnsanlara hürriyət, millətlərə istiqlal!

“Medianı gözdən salanlar xaotik mühitdən istifadə edirdilər”- Ekspert

“Dünyanın əksər ölkələrində media qurumlarının uçotu aparılır. Bəzi ölkələrdə isə hətta tirajı, reklam dövriyyəsi və s. bu kimi məsələləri əhatə edən statistik məlumatlar da toplanır”.

Bu fikirləri Musavat.com-a Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib. O qeyd edib ki, dünya təcrübəsində qeydiyyat prosesini həyata keçirən, reytinq  ölçən, çap mediasının tiraj göstəricilərini toplayan ayrı-ayrı qurumlar mövcuddur: “Təəssüf ki, bu günə kimi Azərbaycanda proses pərakəndə aparılıb. Bu baxımdan sistemin yaradılmasına cəhd edilməsi müsbət haldır. Artıq kifayət qədər strukturlaşma gedib. Uçot aparan Media Reyestri yaradılıb. Hesab edirəm ki, proses sürətlə tamamlanacaq”.

M.Ələsgərlinin fikrincə, media sahəsində mövcud olan xaotik vəziyyət tədricən aradan qalxacaq: “İndiyə kimi deyilirdi ki, Azərbaycanda 6 mindən çox Kütləvi İnformasiya Vasitəsi (KİV) var. Qeydiyyatdan keçmələrinə baxmayaraq, onların heç də hər birinin fəaliyyəti yox idi. Ölkənin informasiya yükünü çəkən, media məkanında imici olan KİV-in sayı ümumi rəqəmin heç 10 faizini təşkil etmirdi. O zaman sual yaranırdı ki, bunlar niyə qeydiyyatdan keçirlər? Nə işlə məşğuldurlar? Təəssüf ki, bu vəziyyət KİV-dən neqativ məqsədlərlə sui-istifadə olduğu üçün şərait yaradırdı. Peşəni gözdən salanlar həmin xaotik mühitdən istifadə edirdilər. 

Mediada nizamın olması ən azı şəffaflıq yaradır. Bu da ilk növbədə media işçilərinin, o cümlədən cəmiyyətin marağındadır”.

 

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR