İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mədəni irslə bağlı Azərbaycanın deməyə sözü daha çoxdur"

 

“Keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin 100 illik tarixi var. Respublikanın büdcəsi Azərbaycan SSRİ-nin büdcəsinə daxil edilib. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda istismarı başa çatmış binalar yenilənməlidir. Qarabağda məskunlaşacaq hər bir vətəndaşın taleyi dövlət üçün prioritetdir. Buna görə də cari işlərin görülməsi təbiidir”.

Bu fikirləri Musavat.com-a şərhində siyasi şərhçi Bəhruz Quliyev deyib. Onun sözlərinə görə ermənilərin absurd iddiaları daxili və xarici auditoriya üçün hesablanıb: "Ötən əsrin 60-ci illərində Xankəndində inzibati binalar tikilib. Həmin binalar işğal dövründə istismar olunub. İşğaldan sonra tikilən binalar isə bugünkü tələblərə cavab vermir. Respublikanın hər yerində abadlıq işləri davam etdirilir. Xankəndi Azərbaycanın döyünən ürəyidir, Şuşa mədəni mərkəzidir. Bu şəhərlərdə görülən işlər Azərbaycan siyasətinin tərkib hissəsidir".

B.Quliyev vurğulayıb ki mədəni irsə bağlı Azərbaycanın deməyə sözü daha çoxdur: "İşğaldan azad edilmiş ərazilərdə  67 məscid olub. Onlardan yalnız ikisi dağıdılmış vəziyyətdə qalıb, qalanları isə tamamilə məhv edilib".

O, əlavə edib ki, dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə çəkmək lazımdır.  

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR