Onlayn ictimai-siyasi qəzet
“Fələstin Dövlətinin tanınması ilkin şərt olarsa, Səudiyyə Ərəbistanı ilə İsrail arasında sülh razılaşması “mümkünsüz” ola bilər”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib.
Xatırladaq ki, Pompeo ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə İsrail və Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Bəhreyn arasında münasibətləri normallaşdıran “İbrahim razılaşmaları”nın əldə olunmasında iştirak edib.
İsrailin “Jpost” dərgisinə verdiyi müsahibədə Pompeo Fələstini, terrorçuluğu dəstəkləyən, İrandan pul alan və vətəndaşlara israilliləri öldürmək üçün pul ödəyən dövlət kimi təqdim edib və ikidövlətli həllin mümkün olmayacağını söyləyib.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ