İnsanlara hürriyət, millətlərə istiqlal!

Matəm günlərini təqvimdən çıxaraqmı? - Paytaxt sakinləri cavab verir

“Azərbaycanda matəm günləri təqvimdən çıxarılmalıdır". Bu sözləri Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Fazil Mustafa təkliflə çıxış edərkən deyib. Deputat bunu Azərbaycanın qalib ölkə olması ilə əlaqələndirib: “Artıq yeni dövrə başlamaq lazımdır”.

Qeyd edək ki, deputatın matəm günlərinin təqvimdən çıxarılması ilə bağlı təklifi xeyli müzakirələrə səbəb olub. Bir qisim deputatın bu fikri ilə razılaşmır, istər matəm, istərsə də bayram günlərinin Azərbaycan dövlətinin  tarixinə aid olduğunu bildirir, bir qisim isə qələbədən sonra matəm günlərinin təqvimdən çıxarılmasının tərəfdarı olduğunu ifadə edir.
Bəs cəmiyyətimiz bu məsələdə necə düşünür?

TV Müsavatın əməkdaşları bununla bağlı Bakı sakinləri arasında sorğu keçirib. Hazırladığımız reportajı təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR