Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Taylandda naməlum şəxslər bankomatı partladaraq külli miqdarda pul oğurlayıblar. Hadisə gecə saatlarında paytaxt Bankokun yaxınlığında baş verib.
İlkin məlumata görə, maskalı şəxslər bankomatın içinə partlayıcı qurğu yerləşdiriblər. Güclü partlayışdan sonra ATM tamamilə dağılıb, cinayətkarlar isə kasadakı bütün pulları götürərək hadisə yerindən qaçıblar.
Cəlb edilən polis qüvvələri ərazini nəzarətə götürüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanları ərazidəki müşahidə kameralarının görüntülərini araşdırır və cinayətkarların kimliyinin müəyyənləşdirilməsi üçün əməliyyat tədbirləri davam etdirilir.
Musavat.com
03 Sentyabr 2025
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ