İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask onu Marsa göndərəcək - FOTO

Son 11 ildir Venesuelanı idarə edən Nikolas Maduro bazar ertəsi İlon Maskı döyüşə çağırıb.

Buna səbəb ölkədəki son prezident seçkilərini "parodiya" və saxtakarlıq adlandıran milyarderin sözləri olub.

Buna cavab olaraq Maduro milli televiziyada sahibkarı davaya çağırıb:

"Sosial şəbəkələr virtual reallıq yaradır, bəs virtual reallığa kim nəzarət edir? Bizim yeni and içmiş düşmənimiz, məşhur İlon Mask. Sən döyüşmək istəyirsən? Gəl edək. İlon Mask, mən hazıram. Mən səndən qorxmuram. İstədiyin yerdə döyüşək".

Mask Maduronun çağırışını qəbul edib və sosial şəbəkədə bunları yazıb:

"Razıyam, mən qalib gəlsəm, o, Venesuela diktatoru vəzifəsindən gedəcək. Əgər qalib gəlsə, ona Marsa pulsuz səyahət verəcəyəm"./axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR