Onlayn ictimai-siyasi qəzet
Elektrik avtomobil istehsalçısı Tesla 2025-ci ildə konveyerlərində insanabənzər robotlardan istifadə etməyi və bir ildən sonra digər şirkətlərə satış üçün onların kütləvi istehsalına başlamağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə şirkətin təsisçisi İlon Mask X hesabında məlumat yayıb.
Onun dediyinə görə, gələn il Tesla həqiqətən faydalı insanabənzər robotlara sahib olacaq: “Lakin Teslanın daxili istifadəsi üçün onların sayı az olacaq. Ümid edirik ki, 2026-cı ildə digər şirkətlər üçün robotlar kütləvi istehsal olunacaq".
Mask iyunun 14-də bildirib ki, Tesla 2025-ci ildə öz müəssisələrində bir neçə min robotu istifadəyə verəcək. İş adamı insanabənzər robot istehsal etmək ideyasını 2021-ci ilin avqustunda irəli sürüb. Layihə Optimus adlanır, model bir adam ölçüsündə olacaq və təxminən 20 kq çəki qaldıra biləcək.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ