Onlayn ictimai-siyasi qəzet
Masallıda yaşayış olmayan evdən 10 min manatlıq oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkumlar saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, rayonun Boradigah qəsəbəsində yerləşən və hazırda yaşayış olmayan evlərdən birindən 9 min manat dəyərində qızıl-zinət əşyalarının və min manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Boradigah qəsəbə sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Mircəlal Ağayev və Murad Bağırov müəyyən edilərək saxlanılıblar.
Oğurlanan qızıl-zinət və məişət əşyaları aşkarlanaraq maddi sübut kimi götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ