İnsanlara hürriyət, millətlərə istiqlal!

Martda Rusiya nefti bahalaşıb  

Bu ilin mart ayında Rusiyanın əsas ixrac məhsulu olan Urals markalı neft etalon marka olan Brentə nəzərə 17,1 dollar ucuz satılıb.

Argus şirkətinin məlumatlarına görə, martda Urals neftinin (FOB) qiyməti fevraldakı 66,33 dollarla müqayisədə 68,34 dollar təşkil edib. Nəticədə Rusiya limanlarında Brentlə müqayisədə təklif olunan endirim 17,54 dollardan 17,1 dollara düşüb.

Həmçinin Brent markalı neftin qiyməti fevraldakı 83,9 dollara qarşı martda 85,4 dollara qalxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR