Onlayn ictimai-siyasi qəzet
"Son bir neçə ildə planetimiz maksimum günəş aktivliyinin təsirinə məruz qalır və buna görə də tez-tez geomaqnit qasırğaları baş verir".
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın "IZMIRAN" Kosmik Hava Proqnozları Mərkəzinin rəhbəri Artyom Abunin "Komsomolskaya Pravda"ya danışıb.
"Kosmik infrastrukturuna gəldikdə, burada təsir həddindən artıqdır. Bu, ilk növbədə, radiasiya, müxtəlif kosmik aparatların elektron lövhələrinin sıradan çıxması və sair təsirlərdir", - deyə ekspert bildirib.
Yer çox istiləşir, bu da kosmik aparatların yavaşlamasına və planetin səthinə yaxınlaşmasına səbəb olur ki, bu da çox təhlükəli ola bilər. Eyni zamanda, Yerin atmosferi və maqnit sahəsinə görə bu cür fırtınaların yer infrastrukturuna təsiri minimaldır, lakin Arktika Dairəsinə yaxın yerlərdə rabitə ilə bağlı problemlər yarana bilər.
Bundan əlavə, Abunin vurğulayıb ki, söhbət anomal günəş aktivliyindən getmir, çünki onun orta hesabla 11 il dövrü var.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ