İnsanlara hürriyət, millətlərə istiqlal!

MAQATE Rəisinin ölümü ilə bağlı İranla danışıqları DAYANDIRDI

İran prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın helikopter qəzasında həlak olması Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə Tehran arasında nüvə məsələlərinə dair danışıqların dayandırılmasına səbəb olub.

Musavat.com bu barədə “REN TV”yə istinadən xəbər verir.

Agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, bu, bir neçə gündən sonra başa çatacaq danışıqlarda müvəqqəti fasilədir:

"Onlar yas içindədirlər, buna hörmət etməliyəm... Bitən kimi qarşılıqlı əlaqəni davam etdirəcəyik".

Qeyd edək ki, MAQATE rəhbəri mayın 6-7-də İranda səfərdə olub. O, bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami və İslam Respublikasının nüvə sazişi üzrə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Əli Baqiri Qəni ilə görüşüb.

Danışıqlar zamanı Qrossi İranın MAQATE ilə 4 mart 2023-cü il tarixli birgə bəyanatını canlandırmaq üçün bir sıra praktiki tədbirlər təklif edib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR