Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hakimiyyəti Konstitusiyanın dəyişdirilməsinin zəruriliyi və məqsədəuyğunluğu məsələsini gündəmə gətirməklə sadəcə olaraq blef edir, əslində bu, Azərbaycanın (mətndə düşmən - red.) tələblərinin növbəti dəfə yerinə yetirilməsidir”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan deyib.
“Konstitusiya İslahatları Şurası artıq 4 ildir ki, işləyir və bütün bu müddət ərzində elə bir hal olmayıb ki, Əsas Qanunun dəyişdirilməsi zərurəti ilə bağlı məsələ qaldırılıb. Müzakirə olunan yeganə məsələ yarı-prezident idarəetmə sisteminə qayıdışla bağlı idarəetmə sistemində dəyişiklik olub. Aydındır ki, indiki mərhələdə parlament idarəetmə sistemi Ermənistan üçün ən yaxşı variant deyil. Hakimiyyət əvvəlcə bu nöqteyi-nəzərdən razılaşsa da, sonradan anladı ki, parlament sistemi onlara uyğun olan çox rahat kostyumdur və bu fikirdən əl çəkib. Beləliklə, bu gün Konstitusiyanın dəyişdirilməsi ilə bağlı bütün söhbətlər blefdir, onların əsl məqsədi Konstitusiyanın preambulasını dəyişdirməkdir. Hökumətin məqsədi Bakının tələblərini yerinə yetirmək üçün İstiqlal Bəyannaməsinə istinadları Konstitusiyadan çıxarmaqdır”, - deyə Manukyan bildirib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ