Onlayn ictimai-siyasi qəzet
Müğənni Manaf Ağayev haqqında Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova tərəfindən səslənən fikirlərə cavab verib.
Sənətçi Oxu.Az-a açıqlamasında yanlış anlaşıldığını deyib:
"Mən həkim adı çəkməmişəm, heç bilmirdim hansı xəstəxanada əməliyyat olub. Sadəcə, bir nəfər mənə zəng edib məclisə çağırmaq üçün Çimnaz xanımı axtarırdı. Təxminən 1 həftə öncədən söhbət gedir. Nömrəsini istəyəndə dedim, yox, özü ilə danışım, sonra verim. Onunla danışana qədər xəstəliyindən xəbərsiz idim. Zəng edəndə mənə dedi ki, xəstəxanada idim, amma indi çıxmışam, şükür, yaxşıyam, xahiş edirəm, heç kim bilməsin. Xəstəliyinin nə olduğunu soruşdum, atası da yanında idi, çünki bu gün mənə yaxınlaşdı, dedi ki, siz zəng edəndə mən yanında idim. Çimnaz həmin zəngdə mənə dedi ki, "həkimlər mənim başıma oyun açdılar, 2 dəfə əməliyyat oldum, amma şükür Allaha, düzəlmişəm, yaxşıya doğru gedirəm". Mən isə nə əməliyyatı olduğunu soruşmadım, bugünkü günə qədər bilmirdim.
Mənim heç bir xəstəxana və ya həkimlə qərəzim yoxdur. Sadəcə, nə danışmışamsa, onu da demişəm".
17 Yanvar 2025
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ