İnsanlara hürriyət, millətlərə istiqlal!

Malidə təyyarə qəzası zamanı rus pilot həlak olub

Mali ordusunun yeni əldə etdiyi Su-25 qırıcı təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, faktı Mali Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiq edib. Lakin qəzanın təfərrüatları barədə məlumat verilməyib.

Yerli KİV-lərin əldə etdiyi qəza videosunu təhlil edən hərbi ekspertlər isə qəzaya uğrayan təyyarənin Su-25 deyil, Albatros L-39 olduğunu iddia edirlər. keçmiş Çexoslovakiya istehsalı olan L-39 təyyarəsi təlim üçün nəzərdə tutulsa da, Afrika ölkələri ondan qırıcı kimi də istifadə edir. Bu təyyarələr rusiyanın avqustda Maliyə göndərdiyi hərbi avadanlıqlar arasında yer alır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR