İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mal-qaramı oğurlayıb, məni ölümlə hədələdi"

Müğənni Kərim Abbasovun Neftçalada tikdirdiyi fermadan oğurluq olub.

Sənətçi bu haqda "İncə səhər" verilişində danışıb.

O bildirib ki, sosial şəbəkədə ondan yardım istəyən bir şəxs üçün iş qurmaq istəyib:

"Bütün günü sosial şəbəkədə yazırlar ki, yardım et. Bu da həmin adamlardan biri idi. Yardım istədi, getdim pul tökdüm həyətində ferma tikdim. İribuynuzlu heyvanlar aldım. Mal-qaranı oğurlayıb satdı. Heyvanları saxlayan adam özüdə ən böyüyünü satdı, rahat da gəzir. Bir günün içində o qədər problem yaratdı ki, bu həyətdən heyvanlar çıxmalıdır. Aparıb dəyər-dəyməzinə satdım. Həyətində o qədər pul töküb yer düzəltdim, hamısı batdı getdi. Pulum qaldı havada. 4 ayın içində başıma açmadığı oyun qalmadı. Neftçala polisinə müraciət etdim. Nə heyvan, nə pulu gəlir. Hətta məni ölümlə hədələdi". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR