İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun sülh ümidi - Aprelin əvvəlində...

Fransa prezidenti Emmanuel Makron aprelin əvvəlində Çinə səfər edəcəyini bildirib.

Musavat.com xəbər verir ki, Fransa lideri Çinin Ukraynadakı sülh səylərində iştirak etməsini yaxşı hal kimi qiymətləndirib və Çinin hazırladığı 12 bəndlik sənədin müharibənin sülh yolu ilə həllində mühüm rol oynayacağına ümid etdiyini ifadə edib.

Makron Pekin administrasiyasını Rusiyaya silah verməməyə çağırıb:

“Çin Rusiyanın kimyəvi və nüvə silahlarından istifadə etməsinin qarşısını almaq, bu təcavüzü dayandırmaq üçün Moskvaya təzyiq göstərməlidir”.

Qeyd edək ki, Çin bir neçə gün əvvəl Rusiya-Ukrayna müharibəsini bitirmək üçün hazırladığı 12 bəndlik planı ictimaiyyətlə paylaşıb. Ukrayna prezidenti Vladimir Zelenski Pekinin Ukraynada müharibəyə son qoymaq barədə çağırışından sonra Çin prezidenti Xi Jinpinglə görüşmək istədiyini bildirib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR