Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Mers və Fransa prezidenti Emmanuel Makron "Financial Times" qəzetində dərc olunan birgə məqalələrində Rusiyanı Avropa üçün ən böyük təhlükə adlandırıblar.
Musavat.com xəbər verir ki, liderlər Avropa qitəsinin təhlükəsizliyini qorumaq əzmində olduqlarını bildiriblər. Onların sözlərinə görə, Rusiya digər ölkələri qeyri-sabitliyə sürükləməyə və mövcud dünya nizamına meydan oxumağa çalışır.
Avropa İttifaqının iki əsas lideri Ukraynaya dəstəyin davam edəcəyini, terrorizmlə mübarizənin güclənəcəyini və milli maraqların dünya miqyasında qorunacağını vəd ediblər.
“Bu çağırışlarla üz-üzə gəlməli olacağıq. Bunu bizdən kimsə istədiyi üçün yox, uzaqgörən olduğumuz və vətəndaşlarımız qarşısında borclu olduğumuz üçün edəcəyik”, – məqalədə qeyd olunub.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ