İnsanlara hürriyət, millətlərə istiqlal!

Misirdə turistlər yeni qanuna görə rabitəsiz qalır

Misirdə smartfonların qeydiyyatı ilə bağlı qanun qüvvəyə minib və bu qanun qeydiyyatdan keçməmiş cihazları ölkəyə idxal edildikdən 90 gün sonra şəbəkədən ayırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müddət bitdikdən sonra smartfonlarının rabitə və internetdən ayrılması turistlərə maddi ziyan vurur.

Bildirilir ki, telefonlarının bloklanmaması üçün onlar smartfonun dəyərinin 38%-i həcmində vergi ödəməli olurlar. Hakimiyyət rus turistlər üçün bir istisna tətbiq edib - bir smartfon ölkəyə vergisiz gətirilə bilər, ancaq ikincisiyə görə ödəniş etmək lazımdır.

Rusiyanın SHOT Telegram kanalı yazlr ki, bu il Misirə ilk dəfə daxil olmayan və artıq yerli SİM kartı olanlar da rabitəsiz qalıb. Qeyd olunur ki, bir çox turist qeydiyyat prosedurundan xəbərsizdir və 90 günlük müddətdən sonra onlar rabitəsiz qalır və hətta Wi-Fi-a qoşula bilmirlər.

Bundan əlavə, istirahət edənlərin gəldikdən üç gün sonra smartfonlarının bloklandığı hallar da var.

Bu səbəbdən bəzi turistlər cihazlarına görə əlavə 10-20 min rubl ödəməli olurlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR