Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron ətrafı ilə parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.
Musavat.com xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası mənbəyə istinadən məlumat yayıb.
“Prezidentin istefası tabu deyil. Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik. O, beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır", – radiostansiya Makronun yaxın adamlarından birinin sözlərini sitat gətirir.
“Europe 1” iddia edir ki, bu “ekstremal tədbirlər ssenarisi” son həftələrdə həmsöhbətlərindən biri ilə Makronun özü tərəfindən müzakirə edilib.
Bununla yanaşı, telekanal vurğulayır ki, istefa prezidentin üstünlük verdiyi variant deyil, “baxmayaraq ki, onun perspektivi qarşıdan gələn seçkiləri dramatikləşdirmək üçün bu kampaniyaya xidmət etməlidir”.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ