İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: HƏMAS Qəzzanın idarəçiliyində yer almamalıdır

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqlə bağlı mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Makron Qəzza zolağının gələcək idarəçiliyi ilə bağlı mövqeyini sərtləşdirib. O, HƏMAS-ın Qəzzanın idarə olunmasında iştirak etməməli olduğunu bildirib. Fransa lideri bu qrupun artıq İsrail üçün təhlükə təşkil etməməli olduğunu vurğulayıb.

Eyni zamanda Makron Ərəb Dövlətləri Liqasının Qəzzanın bərpası ilə bağlı planını tam şəkildə dəstəklədiyini bəyan edib.

Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdən sonra verdiyi açıqlamada Makron Qəzza və İordan çayının qərb sahilində hər hansı məcburi köçürmə və ya ilhaq cəhdlərinə qəti şəkildə qarşı olduğunu bildirib.

“Bu, beynəlxalq hüququn pozulması və bölgədə – o cümlədən İsraildə – təhlükəsizliyə ciddi təhdid olardı”, – deyə Makron vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR