İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emrelinin Türkiyəyə gedəcəyi vaxt bəlli olub

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelini Türkiyəyə gedəcəyi vaxt bəlli olub.

"Report"un əldə etdiyi məlumata görə, 26 yaşlı hücumçu sabah Konya şəhərinə yollanacaq.

Emreli icarə əsasında "Konyaspor"un formasını geyinəcək. Onun ilkin müqaviləsi mövsümün sonunadək nəzərdə tutulacaq.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR