İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun düşərgəsinə vaxtından əvvəl qayıdıb.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı hücumçuya dekabrın 19-dək istirahət verilsə də, o, 2 gün öncə komandaya qoşulub.

İlk vaxtlarda fərdi məşqlərlə kifayətlənən forvard artıq kollektiv hazırlıqda iştirak edir.

Təlim-məşq toplanışının birinci mərhələsini Zaqrebdə keçirən "Dinamo" yanvarın 2-də ölkənin ən qərbində yerləşən İstriyaya yollanacaq. Baş məşqçi Ante Çaçiç sözügedən bölgədə futbolçularını 2 yoxlama oyununda sınaqdan keçirəcək. Yanvarın 8-də rəqib Sloveniyanın "TSelye" klubu olacaq. Yanvarın 17-dəki sparrinq-rəqib isə hələlik bəlli deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR