İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahaçqala təctidxanasından 6 qadın müharibəyə göndərilib

Mahaçqaladakı 1 saylı istintaq təcridxanasından 6 qadın Ukraynadakı müharibəyə göndərilib.

Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, onlardan bəziləri hökm çıxarılmazdan əvvəl döyüş bölgəsinə getməyə razılaşıblar və bu, qanuna edilən dəyişikliklər sayəsində mümkün olub.

İctimai fəal Larisa Baçiyevanın sözlərinə görə, dekabrın 24-də məhbuslar təcridxananı tərk ediblər.

Qadınlardan yalnız ikisinin məhkumluğu var idi, qalanları isə məhbuslara məhkəməyə qədər döyüş əməliyyatlarında iştirak etməyə icazə verən qanunvericilikdəki son dəyişikliklərdən istifadə edərək könüllü olaraq cəbhəyə getməyə razılıq verdilər.

Baçiyeva bu barədə deyib: “Bu tendensiya məni qorxudur ki, bəzilərinin hələ də günahı sübuta yetirilməyib. Yəni bir şeyə görə insanları tutub, həbs edib, sonra müharibəyə bilərlər. Təbii ki, onlara xəstəxanada yaralılara kömək edəcəklərini deyiblər, amma bilmirəm, hara aparacaqlar”.

O, əlavə edib ki, istintaq təcridxanasında şərait o qədər dəhşətlidir ki, bir çoxları təcridxananı tərk etmək üçün müqavilə imzalamağa hazırdır.

“Hər kəs sadəcə olaraq oradan getmək istəyir. Məni ruhi xəstəxanaya itələməyə çalışdılar və iradəmə zidd olaraq qan aldılar. İki həftə ərzində beş kamera dəyişdim: QİÇS-li insanlarla və qatillərlə bir kamerada otururdum. Ola bilər ki, yeddi nəfər sağlamdır, amma biri hepatitdir”, - L.Baçiyeva deyib.

Qadınların müharibəyə göndərilməsi ilə bağlı məlumatı Dağıstanın İctimai Nəzarət Komissiyasının rəhbəri Şamil Xadulayev də təsdiqləyib. Onun sözlərinə görə, qadınlar arasında belə hallar nadir hallarda baş verir, lakin bu, ağır saxlanma şəraiti və məhbusların çarəsizliyi nəticəsində mümkün olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR