İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İran mümkün razılaşmanı müzakirə edirlər – Tramp

ABŞ və İran Amerikanın İranın nüvə obyektlərinə zərbələrindən sonra mümkün razılaşmanı müzakirə edirlər.

Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində deyib: "Bunu etdikdən sonra (İranın nüvə obyektlərinə zərbələr – red.) biz indi elə bir nöqtədəyik ki, İran, mən və bəzi başqa adamlar razılaşmanı müzakirə edirik. Bu, çox fərqli İrandır".

Tramp Tehran və Vaşinqton arasında hansı razılaşmanı nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, İran-ABŞ nüvə danışıqlarının beş raundu 2025-ci ildə heç bir razılaşma olmadan başa çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR