İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailli girovlar bu tarixdə azad ediləcək - Tramp açıqladı

İsrail-Həmas razılaşması çərçivəsində israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi oktyabrın 13-də baş tuta bilər.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində deyib: "Girovlar azad olunacaq. Bu, yəqin ki, bazar ertəsi olacaq. Hazırda girovların azad edilməsi üçün çox işlər görülür".

Tramp ölən girovların cəsədlərinin də qaytarılacağını bildirib.

Onun sözlərinə görə, ABŞ digər ölkələrlə birlikdə Qəzza zolağının yenidən qurulmasında iştirak edəcək: “Düşünürəm ki, insanların barışmağa başladığını görəcəksən, Qəzzanın yenidən qurulduğunu görəcəksən”.

O, ABŞ-ın “Qəzza ilə bağlı bir çox məsələni həll edəcək Sülh Şurası” yaratmağa ümid etdiyini qeyd edib. Ağ Evin rəhbəri “Yaxın Şərqin birləşməməsini” təəccüblü adlandırıb: "Onların çox varlı ölkələri var və hətta bu sərvətin kiçik bir hissəsi də onlara orada (Qəzza zolağında-red.) çox şey etməyə imkan verə bilər. Biz bunda iştirak edəcəyik".

Qeyd edək ki, HƏMAS israilli girovların Təl-Əviv tərəfindən həbsdə saxlanılan 2 minə yaxın fələstinliyə dəyişdiriləcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR