İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro neft nazirini korrupsiya qalmaqalına görə işdən azad edib

Maduro PDVSA korrupsiya araşdırması fonunda neft nazirinin istefasını qəbul edib

Venesuela prezidenti Nikolas Maduro neft naziri Tarek əl-Aisaminin istefasını qəbul edib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, dövlət neft-qaz şirkəti PDVSA-da (Petróleos de Venezuela, Sociedad Anonima) korrupsiyanın kökünü kəsəcəyinə söz verib.

Tarek əl-Aissami sosial şəbəkələrdə vəzifəsindən istefa verdiyini, həmçinin əlində olan bütün məlumatları verməyə və bu cinayətkar və mafiya qruplarının araşdırılmasına kömək etməyə hazır olduğunu açıqlayıb.

Maduro hələlik yeni neft nazirini təyin etməyib.

Venesuela lideri bildirib ki, neft-qaz şirkətində korrupsiya işi üzrə istintaqın birinci mərhələsində nüfuzlu iş adamları, top-menecerlər, yüksək rütbəli dövlət qulluqçuları və bir deputat saxlanılıb.

"Biz PDVSA-nı bu sxemlərdən, vəhşiliklərdən, xalqı soyan insanlardan tamamilə təmizləyəcəyik", - deyə Maduro bildirib.

Venesuela Baş Prokurorluğu bazar günü bir neçə dövlət qulluqçusunun həbsindən sonra antikorrupsiya təhqiqatına başlandığını elan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR