Onlayn ictimai-siyasi qəzet
Macarıstan Avropa İttifaqının Rusiya Federasiyasına qarşı yeni, 14-cü sanksiyalar paketi ilə razılaşıb, Almaniya isə hələ tərəddüd edir.
Musavat.com xəbər verir ki, bu barədə “EUObserver” portalı yazıb.
Nəşrin məlumatına görə, Macarıstan ötən cümə günü 14-cü paketlə razılaşıb. “Almaniyanın bazar ertəsi günü Rusiya Federasiyasında fəaliyyət göstərən Aİ şirkətlərinin törəmə şirkətləri üçün qaydaların sərtləşdirilməsi ilə bağlı kiçik şübhələri var idi”, - nəşrin müəllifləri təfərrüatları paylaşıblar.
Məqalədə deyilir ki, Almaniyanın şübhələrinə baxmayaraq, nəşrə müsahibə verən diplomatlar bu məsələdə həll yolunun Aİ xarici işlər nazirlərinin iyunun 24-də keçiriləcək görüşü zamanı tapılacağını gözləyirlər.
Diplomatlar bildiriblər ki, mayın sonundan etibarən Aİ-nin Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketinin layihəsi genişlənib.
Xatırladaq ki, Avropada Rusiyanı ardıcıl dəstəkləyə ölkə kimi tanınan Macarıstan bu günə qədər bu ölkəyə tətbiq edilən sanksiyalara qoşulmur, RF-nin əleyhinə olan tədbirləri, təşəbbüsləri sabotaj edir, açıq-aşkar Ukraynaya qarşı mövqe tuturdu.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ