İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan MN: NATO ordu qrupu operativ hazırlıq səviyyəsinə çatıb

Ölkədəki NATO ordu qrupu əməliyyat ötən sentyabrda operativ hazırlıq səviyyəsinə çatıb və dislokasiya olunub.

APA-nın xəbərinə görə, bu barədə Macarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordu qruplarından biri Macarıstanın rəhbərliyi altında Macarıstanda yaradılıb və sentyabrın sonunda artıq yerləşdirmə üçün tam əməliyyat hazırlığına çatıb”, - deyə Macarıstan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bir müddət əvvəl Ukrayna Ali Radasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Aleksandr Merejko bildirib ki, Macarıstan transatlantik həmrəyliyə zərbə vurmaqda davam edərsə, NATO-dan çıxarılmalıdır.

Merejkoya görə, NATO demokratik ölkələrin müdafiə ittifaqına çevrilməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR