İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan daha bir istiqamətdən qaz almaq niyyətindədir

Macarıstan İtaliyanın dəniz limanlarındakı mayeləşdirilmiş təbii qaz (LNG) terminallarından yanacaq tədarükü üçün Avstriyada tikilmiş qaz kəməri sistemindən istifadə etməklə enerji təhlükəsizliyini yaxşılaşdıracaq.

Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Vyanada Trans-Avstriya Qaz Boru Kəmərini (TAG) istismar edən şirkətin rəhbərliyi ilə görüşdən sonra bildirib.

Xarici işlər naziri qeyd edib ki, son illər Avstriyanın qaz kəmərləri sisteminə ciddi investisiyalar yatırılıb və bunun sayəsində “təbii qazın cənubdan şimala və ya arzu olunarsa, qərbdən şərqə nəqli mümkün olub”: "Beləliklə, İtaliyadan başlayan və Avstriyadan keçən boru kəməri Macarıstanın enerji təhlükəsizliyini gücləndirə bilər, çünki İtaliyadakı LNG terminallarına verilən mayeləşdirilmiş təbii qazı əldə etmək üçün istifadə edilə bilər".

Nazir xatırladıb ki, Macarıstan hazırda qazın əsas hissəsini Rusiyadan “Türk axını” boru kəməri, onun Bolqarıstan və Serbiya ərazisindəki qolları vasitəsilə alır. Eyni zamanda ölkə müxtəlif alternativ mənbələr və təchizat marşrutlarını nəzərdən keçirir ki, onlardan biri də TAG ola bilər.

Bununla belə, Siyartoya görə, "şaxələndirmə köhnə, yaxşı işləyən əlaqələrdən yeni bir şeyin xeyrinə imtina etmək demək deyil": "Biz yaxşı işləyən enerji əməkdaşlığından imtina etmək və onu daha bahalı və qeyri-müəyyən bir şeylə əvəz etmək üçün aqressiv təzyiqlərə qarşıyıq.

Aydındır ki, milli suverenliyin və milli təhlükəsizliyin ən mühüm komponentlərindən biri enerji təchizatının etibarlılığıdır. Ona görə də biz Avropa İttifaqının enerji siyasətimizin suverenliyindən imtina etməsi ilə bağlı təzyiqinə qarşıyıq”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR