Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yanvar-noyabr ayları üçün Ermənistanın sosial-iqtisadi inkişafı ilə bağlı apardığı son təhlillərə görə, ölkədə iqtisadi fəallığın sürətində xeyli azalma müşahidə olunur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir nəticə “Luys Fondu”nun araşdırmasında əks olunub.
Fondun ekspertlərini gəldiyi qənaətə görə, ötən ildə yüksək artımı təmin edən əsas amillər, xüsusilə də qızılın təkrar ixracı xeyli azalıb. Bu, sənayenin, ixracın və idxalın azalmasına səbəb oldu. İqtisadi artım hökumətin 2025-ci il büdcəsi üçün nəzərdə tutduğu 5,8%-lik proqnozdan xeyli aşağı düşə bilər.
Maraqlıdır ki, iqtisadi aktivliyin azalması fonunda istehlak kreditlərinin həcmində kəskin artım müşahidə olunub. İstehlak və ipoteka kreditlərinin artımı müvafiq olaraq 30,6% və 25,8% təşkil edib.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ