İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Şolts və Makronu “gədə” adlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronu “gədə” adlandırıb.

Musavat.com BELTA agentliyinə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə müsahibəsində danışıb.

Lukaşenko Almaniya kansleri və Fransa liderini Rusiya prezidenti Vladimir Putinlə qapalı söhbətlərinin məzmununu ictimaiyyətə açıqlamasına görə qınayıb və bu cür davranışın avropalı siyasətçilər üçün qəbuledilməz olduğunu vurğulayıb.

“Şolts heç nə başa düşməyən və siyasəti anlamaq istəməyən gədədir. Onun etdiyi əsl gədəlikdir. Belə olmaz”, - deyə Lukaşenko söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR