İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Rusiyaya yola düşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya yola düşüb.

Bu barədə “İnterfaks” “Pul Pervoqo” teleqram kanalına istinadən məlumat yayıb.

“Birinci (Lukaşenko - red.) Moskvaya uçub. Bu gün Belarus prezidentinin Moskva ətrafındakı Ulduzlar şəhərciyində olması gözlənilir. Lukaşenko kosmonavtların təlim mərkəzinə baş çəkəcək”, - məlumatda deyilir.

Daha əvvəl Lukaşenkonun Rusiyaya işgüzar səfəri çərçivəsində Qaqarin adına kosmonavtların hazırlanması üzrə elmi-tədqiqat mərkəzinə baş çəkəcəyi məlum olmuşdu. Ulduzlar şəhərciyində Belarusdan kosmosa uçuş üçün namizədlərin seçimi həyata keçirilir. Belarus prezidenti mərkəzin işi, kosmonavtların seçilməsi və hazırlanması sistemi ilə tanış olacaq, kosmos sahəsində Belarus-Rusiya əməkdaşlığının perspektivlərini müzakirə edəcək.

Dekabrın 26-27-də isə Belarus prezidenti Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR