Onlayn ictimai-siyasi qəzet
Belarus və İran strateji əməkdaşlıq sazişi bağlamaq barədə razılığa gəliblər.
Musavat.com BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko iranlı həmkarı Məsud Pezeşkianla danışıqların yekununda açıqlayıb.
Belarus lideri görüşləri “mənalı” adlandırıb və bildirib ki, tərəflər ikitərəfli əməkdaşlıqda yeni mərhələyə keçidə imkan verəcək nəticələr əldə ediblər:
“Bu dəyişikliklərin ən mühüm nəticəsi odur ki, prezidentlə razılaşdırıldığı kimi, yaxın gələcəkdə strateji əməkdaşlıq sazişini hazırlayıb imzalayacağıq”, – Lukaşenko deyib.
O, həmçinin Belarusun İranın dinc nüvə enerjisini inkişaf etdirmək hüququnu dəstəklədiyini vurğulayıb.
Lukaşenko qeyd edib ki, Minsk Tehrana yalnız Asiyada deyil, beynəlxalq arenada da mühüm siyasi və iqtisadi tərəfdaş kimi baxır:
“Son illər birgə səylər nəticəsində mühüm irəliləyiş əldə etmişik. Hər iki ölkə üçün prioritet sayılan müxtəlif sahələrdə əməkdaşlığı sürətlə inkişaf etdiririk”, – Belarus prezidenti bildirib.
Musavat.com
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ