İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın sabiq XİN rəhbəri Oskanyan yenidən düşmənçilik püskürdü

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yenidən Azərbaycana qarşı düşmənçilik və revanşist mövqelərini nümayiş etdirən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Yazıda Oskanyan ölkəsinin məğlubiyyətini və işğalçılıq siyasətinin iflasa uğramasını etiraf etmədən, bunu guya “erməni xalqının yox olma təhlükəsi” kimi qələmə verməyə çalışıb.

Oskanyan öz yazısında Ermənistanın Qarabağ üzərində nəzarəti tam itirməsini, Zəngəzur dəhlizinin açılmasını və sərhəd ərazilərinin Azərbaycana qaytarılmasını “fəlakət” adlandırıb. Bununla yanaşı, o, daxili auditoriyanı çaşdırmaq məqsədilə Ermənistan Konstitusiyasına dəyişiklikləri, dövlət rəmzlərindən Ararat dağının çıxarılması ehtimallarını, kilsənin təsirinin zəifləməsini və tarix kitablarının yenilənməsini “erməni kimliyinə hücum” kimi təqdim edib.

Əslində isə bu bəyanatlar, Ermənistan ictimaiyyətini manipulyasiya edərək, yeni revanşist ideyalarla zəhərləməyə xidmət edir. Oskanyan “xalqın tədricən yoxa çıxacağı” barədə təxribat xarakterli iddialar irəli sürməklə, əslində erməni cəmiyyətində düşmənçilik və qorxu mühitini dərinləşdirmək niyyətini güdür.

Azərbaycan torpaqlarının azad olunmasını “milli faciə” kimi təqdim edən keçmiş nazir, Ermənistanın gələcəyini yalnız işğalçılıq siyasətinə bağladığını açıq göstərir. Bu isə bir daha sübut edir ki, Oskanyan kimi revanşist siyasətçilər hələ də reallığı qəbul etmək istəmir və regionda sülhə qarşı çıxış edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR