İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Suriyada İŞİD-in mümkün gələcək liderini zərərsizləşdirdi

Amerika hərbçiləri 20 avqustda Suriyanın şimalında keçirdikləri reyd zamanı qadağan olunmuş “İslam Dövləti” (İŞİD) qruplaşmasının yüksək rütbəli üzvünü məhv ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fox News kanalı məlumat yayıb.

Fox News-un ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, həmin şəxs yaxın vaxtlarda ölkədə terror təşkilatının başçısı olmağa hazırlaşırmış.

Əməliyyat “uğurlu” adlandırılıb. Bildirilir ki, reyd zamanı İŞİD-in digər mühüm funksioneri də öldürülüb. Mənbənin sözlərinə görə, hər iki şəxs Suriyada və İraqda terror aktları planlaşdırıb.

Məlumatda qeyd olunur ki, zərərsizləşdirilən döyüşçü “İŞİD-in Suriyadakı başçısı” olmaq üçün ciddi namizəd idi və ABŞ, koalisiya qüvvələri, həmçinin yeni Suriya hökuməti üçün birbaşa təhlükə təşkil edirdi. Əməliyyat zamanı nə amerikalı hərbçilər, nə də dinc sakinlər arasında itki olmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR