İnsanlara hürriyət, millətlərə istiqlal!

Times: Avropa ölkələri Trampdan Rumıniyaya ABŞ qırıcıları yerləşdirməyi istəyir

Avropa ölkələri ABŞ prezidenti Donald Trampdan Ukraynaya təhlükəsizlik zəmanəti çərçivəsində Rumıniyaya Amerika qırıcılarının göndərilməsini tələb edirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Times qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Avropanın ali hərbi rəhbərləri ABŞ-ın F-35 qırıcılarının Rumıniyada yerləşdirilməsini müzakirə edirlər. Burada NATO hazırda Avropadakı ən böyük aviabazasını inşa edir və bu addım Rusiyanın təkrar hücumunun qarşısını almaq məqsədi daşıyır.

Məsələ ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə Böyük Britaniya, Almaniya, Fransa, Finlandiya və İtaliya hərbi rəhbərlərinin görüşündə müzakirə olunub.

Hazırda NATO Qara dəniz üzərində hava məkanının patrul missiyalarını Rumıniyadakı “Mixay Kogelniçanu” aviabazasından həyata keçirir. Bu baza vaxtilə İraq müharibəsi zamanı ABŞ qoşunlarının yerləşdiyi əsas məkan olub və indi də Amerika qırıcılarının yerləşdirilməsi üçün ən real seçim hesab olunur.

“İstəkli Koalisiyası” çərçivəsində Böyük Britaniya Qərbi Ukraynada Typhoon qırıcılarının yerləşdirilməsini və Ukrayna ordusunu hazırlamaq üçün 3–5 min hərbçinin göndərilməsini təklif edib. Times-ın məlumatına görə, Fransa, Kanada və Avstraliya da öz hərbçilərini göndərə bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR